Yevlax səhiyyəsinin QƏSSABLARI: Körpə balanın canına necə qıydılar... - İTTİHAM VAR...

Bu gün, 11:48           
Yevlax səhiyyəsinin QƏSSABLARI: Körpə balanın canına necə qıydılar... - İTTİHAM VAR...
Bərdə rayonunun ikinci Hacılı kənd sakini Əliyeva Tellər deyir ki, 8-ci sinifdə oxuyan nəvəsi, Nərminə Kazımova həyətdə oynayan zaman yıxılaraq barmağını zədələyib. "DİA-AZ"ın məlumatına görə, şikayətçi deyir ki uşağı Bərdə rayonunun Mərkəzi Xəstəxanasında travmatoloq Xaliq Məmmədovun yanına aparıblar. Həkim xəstəni bir müddət müalicə etdikdən sonra artıq heç bir kömək edə bilməyəcəyini deyib. Şikayətçi deyir ki, daha sonra uşağı Yevlax rayonunun Mərkəzi Xəstəxanasına aparıblar. Əliyevanın sözlərinə görə orda travmatoloq işləyən Bəxtiyar Mustafayev uşağı müayinə edərək müalicəyə başlayıb.

Şikayətçi iddia bir ay müalicə etdikdən sonra 2024-cü il avqustun 13-də Mustafayev Nərminənin təcili əməlliyyat olunmasını istəyib. Vətəndaş deyir ki, əməliyyat öncəsi nəvəsinin analizlərində heç bir problem çıxmayıb, onlar həkimdən əməliyyatı yerli keyitmə ilə etməsini istəsələr də, həkim əməliyyatı narkozla etmək qərarına gəlib.

Əliyevanın iddiasına görə əməliyyatda iiştirak edən anastozyoloq Könül Sadiqova uşağın çəkisini çəkmədən, normadan artıq narkoz verib. Şikayətçi deyir ki, nəvəsi saat 12:30 radələrində əməliyyat girib, saat 18.00 radələrinə kimi onlara heç bir məlumat verilməyib, daha sonra Bəxtiyar Mustafayev onlara Nərminənin narkozdan ayılmadığını və həkim briqadasının çağırıldığını deyib.
Nəvəsinin həkim səhlənkərlığından öldüyünü iddia edən Əliyeva bu məsələylə bağlı 7 aydır Yevlax rayonunun prokururluğunda heç bir araşdırma aparılmadığını deyir.

O, Prezidentə və aidiyyatı qurumlara müraciət edərək daha bir uşaq həkim məsuliyyətsizliyinin qurbanı olmasın deyə bu məsəlınin araşdırılıb obyektiv qiymət verilməsini xahiş edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.