Mağazalarda satılan toyuqların içərisinə buz doldurulur?

Bu gün, 15:18           
Mağazalarda satılan toyuqların içərisinə buz doldurulur?
Vətəndaş mağazadan aldığı broyler toyuğunun içərisinin buzla doldurulduğunu bildirir.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, "Lebro" broyler toyuğunun içərisinə buz doldurulub və çəkisi artırılıb. Nəticədə, müştəri toyuğun öz real dəyərindən xeyli artıq pul ödəməli olub.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, dondurulmuş ət məhsullarının, xüsusilə toyuğun içərisinə buzun doldurularaq satışa verilməsi birbaşa istehlakçı hüquqlarının pozulmasıdır.

E.Hüseynov onu da vurğulayıb ki, bu cür hallara daha çox xaricdən gətirilən dondurulmuş ət məhsullarında rast gəlinir.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, bu cür hallarla qarşılaşanlar dərhal quruma məlumat versinlər.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.