SOCAR İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar alıb

18-03-2025, 17:34           
SOCAR İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar alıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar alıb.

Bunu şirkətin Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“İsrailə işgüzar səfərimiz çərçivəsində SOCAR prezidenti Rövşən Nəcəflə birgə İsrailin Eksklüziv İqtisadi Zonasında (EEZ) “I” Blokunda kəşfiyyat üçün lisenziyaların təqdim edilməsi mərasimində iştirak etdik. Bu lisenziyalar SOCAR-ın beynəlxalq mövqeyinin möhkəmlənməsi və innovativ təcrübələrdən yararlanması baxımından strateji üstünlüklərə malikdir”, – deyə o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru