Azərbaycan dili üzrə səviyyə imtahanı ödənişli ola bilər

Bu gün, 12:18           
Azərbaycan dili üzrə səviyyə imtahanı ödənişli ola bilər
Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq versiyası üçün təqdim edilən anket məlumatları kibertəhlükəsizlik baxımından qorunacaq.

Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Sertifikasiya İmtahanının sınaq versiyası üçün onlayn platformanən təqdimat mərasimində deyib.
M.Abbaszadə dataların sosioloji araşdırmalar və dil üzrə araşdırmalar aparan şəxslərə təqdim ediləcəyini deyib

“Lakin fərdi məlumatlar tamamilə bağlı olacaq .

Bu sınaq imtahanı olduğu üçün sertifikat vermirik. Ona görə də hüquqi məsuliyyət daşımırıq”.

M.Abbaszadə Azərbaycan dili üzrə səviyyə imtahanlarınən gələcəkdə ödənişli ola biləcətini söyləyib:
“İmtahanın nəticəsini yoxlayan ekspertlərə də əməkhaqqı vermək lazımdır. Müəyyən maliyyə vəsaiti lazım olacaq”, – deyə o əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.