Saray sakinləri haray çəkir... - PROBLEM

4-06-2015, 21:49           
Saray sakinləri haray çəkir... - PROBLEM
Təqdim etdiyimiz şəkillərdə gördüyünüz bu mənzərə keçən əsrə aid deyil. Abşeron rayon Saray qəsəbəsi Üzümlük adlanan yeni yaşayış massivində yaşayan əhalinin bugünkü güzaranıdır.
Qafqaz Xəbər Agentliyinin məlumatına görə yaşayış massivində 6 ildir ki məskən salıb yuva quran sakinlər bu ərazidə yaşadıqları gündən bəri nə vaxtsa onlarında arzularının gerçəkləşəcəyi günü gözləməkdən artıq yorulublar.Sakinlərin diliylə desək günü -gündən burada tikilən evlərin sayı artdıqca onlarında arzularının reallaşacağını düşünüblər.Lakin bu heç də onların düşündüyü kimi olmur.Məcbur qalan sakinlər öz vəsaitləri hesabına kanalizasiya xətləri çəkməli olurlar.Lakin ərazinin kanalizasiya xətləri bərbad vəziyyətə salınıb və düzgün formada çə kilməyib. Bu səbəbdən də yaşayış massivinin kanalizasiya suları və tullantılar birbaşa evlərin həyətinə, ən yaxşı halda isə sakinlərin gediş -gəliş üçün istifadə etdikləri küçəyə axır, ərazidə üfunət qoxusundan dayanmaq olmur.
Kanalizasiya suları az qala evlərə qədər gəlib çıxsın.Hələ bu azmış kimi sakinlər dərdlərinin birinə əlac tapmamış ikinci prablemlə üzləşiblər.Sakinlərin söylədiyinə görə,artıq 5 gündür ki,su üzünə həsrət qalıblar.”Su idarəsinin 955 qaynar xəttinə zəng etsək də ,şikayətimiz Abşeron rayonuna bildirilsə də,hələki bizim problemimizlə yerində maraqlanan olmayıb.Onsuz da kanalizasiya sarıdan əziyyət çəkirdik. Onu bir təhər özümüz öz gücümüzlə yığışıb çəkmişdik,düzgün formada çəkə bilmədiyimiz üçün həm də massivdə yaşayış artdığı üçün borular tab gətirməyib sıradan çıxdı.İndi özünüz də gördüyünüz kimi çirkab sular küçələrə axır.Abşeron rayon Saray bələdiyyəsi kanalizasiya borularının yeniləri ilə əvəz olunacağını vəd etsə də,hələki ortada heç bir iş yoxdur”,- deyə yerli sakinlərdən biri -Samir Hətəmov Qafqaz Xəbər Agentliyinin müxbirinə bildirdi. Sakinlər hələ də ümidlərini üzməyiblər. Biz də ümidvarıq ki, çarəsizlərin dərdinə aidiyyəti qurumlar biganə qalmayacaq və yaxın zamanda onların problemi öz həllini tapacaq. Qafqaz Xəbər Agentliyi məsələni gündəmdə saxlayacaq.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.