«Unibank» iflasını elan etməyə hazırlaşır-İDDİA
5-06-2015, 16:28
Beynəlxalq Bankdakı vəziyyətin burada da yaşana biləcəyi ehtimalları var, ortada ciddi sıxıntıların olduğu deyilir
Devalivasiyadan sonra Azərbaycanın əksər bankları ciddi ziyanla üzləşiblər. Bunu artıq bankların özü ilə yanaşı, Mərkəzi Bank da etiraf etməyə başlayıb. Manatın dəyərdən düşərək, dollar qarşısında 35 faiz «əriməsi» maliyyə sektorunu da çətin vəziyyətə salıb.
JAM.AZ xəbər verir ki, fevralın 21-dən sonra yaşanan bu olayın ardından ilk skandal Beynəlxalq Bankda qeydə alındı. 160-a yaxın iş adamı götürdükləri kreditlərdən dolayı həbsə atıldı. Və məlum oldu ki, bank rəhbərliyi devalivasiyadan əvvəl həddindən artıq böyük məbləğli kreditlər verib. Onların da razılaşdırılmış şəkildə iş adamlarına təqdim olunduğu vurğulanır.
Məlumatlara görə, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin devalivasiyadan 10 gün əvvəl xəbəri olub və bu prosesdən pul qazanmaq istəyib. Elə bu səbəbdən də yerli iş adamları ilə danışaraq, onların manatla kredit götürmələrini və həmin pulu da dollara çevirərək saxlamalarını razılaşdırıb. JAM.AZ-a məlumat verən mənbənin iddiasına görə, bu iş adamlarının orta hesabla manat fonunda 35 faiz əlavə qazanc əldə etmələrinə gətirib çıxarıb. Lakin məsələnin üzəri açıldıqdan sonra verilmiş kreditlərin geri alınması həyata keçiriliğb. Həmçinin geri alınan pulların üzərinə 35 faizlik devalivasiya da gəlinib.
Lakin problemin təkcə Beyləxalq Bankda yaşanmadığına dair məlumatlar var. JAM.AZ-a verilən məlumata görə, «Unibank»da da ciddi problem mövcuddur. Hətta vəziyyət o həddə çatıb ki, bank özünün iflasını elan etməyin yollarını axtarmağa başlayıb. Hərçənd «Unibank»da iri həcmli kredit qalmaqalının olub, olmadığı məlum deyil. Ancaq bu ərəfədə sözügedən qurumun deflotunu elan etməsinin başqa hansı səbəbləri ola biləcəyi yetərli qədər sual doğurur. Mənbənin iddiasına görə, iflasın nə zaman elan ediləcəyi hələlik məlum deyil. Çünki yuxarı dairələr indiki məqamda bir bankın belə bir addım atmasını istəmir. Ehtimal edilir ki, proses olimpiadadan sonra baş tutacaq.
Qarşı tərəfi də dinləməyə hazırıq.