Füzulinin icra başçısı 400 min borca düşüb
5-06-2015, 16:34
Füzulinin icra başçısı şirkətlərinin zərərini Avropa Oyunlarının üzərinə yıxmağa çalışır
Füzulinin icra başçısı 400 min manat borca düşüb. JAM.AZ-a verilən məlumata görə, borcun yaranmasına səbəb devalivasiyadan sonra iki böyük şirkətinin zərərə düşməsi olub.
Amma Alı Alıyev borca düşməsini Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlayır. Yaxın adamlarına dediyinə görə, olipiada ilə əlaqədar ondan pul istəyiblər və həmin məbləği də öz cibindən verib. Ona görə də, yaranmış borcu bir şəkildə çıxarmağa çalışır.
JAM.AZ-a daxil olan bilgilərdə o da vurğulanır ki, yerli sahibkarlardan Avropa Oyunları adı ilə pul yığılması da icra başçısının düşdüyü zərərdən çıxması üçün düşündüyü planın tərkib hissəsidir. İddia edilir ki, Alı Alıyev artıq 400 minlik borucunu məhz sahibkarların hesabına bağlamağı qətiləşdirib. Elə bu səbəbdəndir ki, ötən gün Füzulidən olan sahibkar yaranmış vəziyyətdən şikayətçi düşüb.
Belə ki, rayonda sahibkarlıqla məşğul olan Bəxtiyar Babayev onun fermer təsərrüfatına müdaxilə edildiyini bildirib. Sahibkarın sözlərinə görə, qanunları pozan icra başçısı Alı Alıyev onun sahəsini başqasına satmağa qalxıb.
Fermer vurğulayıb ki, vaxtıyla bütün qanunlara müvafiq olaraq Füzuli rayonunda sahibkarlıq baxımından 50 hektar torpaq sahəsi alıb. Ancaq bir müddət keçdikdən sonra ayrılan torpaq sahəsinə görə icra başçısı Alı Alıyevlə problemlər yaşanmağa başlayıb. Problemin əsası sahibkar Bəxtiyar Əliyevə ayrılan torpaq sahəsini Alı Alıyev başqasına satmaq fikri olub.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Füzuli rayon şöbəsinin 03 fevral 2012-ci il tarixli 08/Rİ №-li rəyi və yerqurluşu planı nəzərə alınmaqla Füzuli rayon İcra Hakimiyyəti başçısının 19 dekabr 2012-ci il tarixli 167 saylı sərəncamına əsasən vətəndaşa 15 illik müqavilə əsasında ayrılmış 50 hektarlıq torpaq sahəsi Alı Alıyev tərəfindən qanunsuz olaraq sahibkardan alınmaq istənilir. Onun dediyinə görə, buna nail olmaq istəyən icra başçısı Füzuli rayonunun polisindən, bələdiyyəsindən və rayon prokurorluğundan istifadə edərək hədə-qorxular gəlməkdən belə daşınmır.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.