"Bu avtomobillərə də qadağa qoyula bilər"

6-06-2015, 06:36           

“İnsanların şəhərə girişinə heç bir məhdudiyyət qoyulmayıb”. Axar.az xəbər verir ki, bu barədə politoloq, hüquqşünas Fərhad Mehdiyev yazıb. O, rayon qeydiyyatında olan avtomobillərin şəhərə girişinin yasaqlanmasının hüquqa uyğun olub-olmadığına aydınlıq gətirib: “Bəziləri bu cür məhdudlaşdırmanın sərbəst yerdəyişmə (səyahət) hüququna zidd olduğunu bildirir. Bu, belə deyil. Həmin hüquq insanlara aiddir, minik vasitələrinə deyil. İnsanların da şəhərə girişinə heç bir məhdudiyyət qoyulmayıb. Hətta özümüzü daha pis ssenariyə də hazırlamalıyıq. Çünki gələcəkdə, məsələn, 20 il sonra nəqliyyat sıxlığı həddindən artıq dərəcədə artsa, onda şəhər qeydiyyatında olan maşınlara belə, inzibati orqanlar tərəfindən məhdudiyyətlər qoyula bilər. Bu, polis fəaliyyətidir, ictimai qaydanı qorumaq üçün proporsional olması şərtilə həyata keçirilə bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru