9-cu mikrorayon sakinlərinin "kristal" problemi - FOTO

11-01-2017, 17:49           
9-cu mikrorayon sakinlərinin "kristal" problemi - FOTO
Moderator.az-a Binəqədi rayonu 9-cu mikrorayon sakinlərindən aşağıdakı məzmunda ilginc şikayət məktubu daxil olub:

"9 mikrorayonda "Favorit" marketin üstündə "Kristal" MTK ev tikib satıb əhaliyə. Ancaq mənzillərə "kombi" qoymağa icazə vermirlər. Çünki həyətdə qazanxana tikib isti suyu bir kubmetri 2,4 manat olmaqla əhaliyə satırlar. Özü də çox eybəcər şəkildə, yəni bütün mənzilin sahəsindən, hətta balkon və divarın altını da hesablamaqla hər kvadrat metrə görə 0,80 qəpik pul alırlar. Yəni 100 kvadrat metrlik evi olan zavallı sakin aylıq 150-160 manat kommunal pul ödəməlidir. Beləliklə, bina üzrə 522 x 150 = 78300 manat aylıq pul yığılır. Xahiş edirik üzləşdiyimiuz problemin ictimailəşdirilməsi üçün köməyinizi əsirgəməysiniz. Yoxsa biz min bir zəhmətlə aldığımız mənzillərimizdə kirayənişin kimi qalmaqda davam edəcəyik".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru