Vaqif Abdullayevin Beyləqanda vuranlar partiyası 26-sı fevralda təsis olundu?
19-06-2015, 17:33
Günün birinci yarısı ayıq, ikinci yarısı otaqda içkili vəziyyət də yatan icra başçısı prezidenti necə aldadır?
Xeberci.tv-yə Beyləqanlılar tərəfindən verilən məlumata əsasən rayonun icra başçısı əyyaşlıqla məşquldur. Belə ki, rayonun birincisi sayılan icra başçısı əhalinin problemindən xəbərsizdir. Beyləqanlılar bildirirlər ki, rayonun icra başçısının sifətin ancaq piyanlıqdan təsadüfən tez ayılarsa parkda görə bilirlər. Redaksiyamıza müraciət edənlər Vaqif Abdullayevin Beyləqana rəhbərlik etməsinə narazı olaraq ölkə prezidentindən xahiş edirlər ki, yaşadıqları qədim tarixli Beyləqana ziyalı olan bir icra başçısı təin etsin. Hətta onu da bildirirlər ki, Xocalı soyqırımı günü, yəni 26-sı fevralda tədbiri yarımçıq başa vuraraq içgi məclisi quran Vaqif Abdullayev ermənilərə xoş getsin deyə bu hərəkətindən belə yayınmayıb.
Rayon əhalisi buna əsas gətirərək bildirirlər ki, hansısa bir qurum bu haqqda Beyləqanda sorğu keçirərsə Vaqif Abdullayevin kim və necə olması onlara məlum olar.