Azad Rəhimovun 300 minlik atı- NAZİRİN ƏRƏB ATI VARMIŞ

12-02-2017, 10:54           

Azərbaycanan Atıcılıq Federasiyasının nəzdində olan Atçılıq Mərkəzindəki atlar və sahibləri haqqında yeni məlumatlar yayılmaqdadır.
teref.az xəbəer verir ki, “Yeniçağ”ın əldə etdiyi məlumata görə, mərkəzdəki ən bahalı atlardan biri Gənclər və İdman naziri Azad Rəhimova məxsusdur.
Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, nazir atının qiyməti təxminən 250-300 min manat dəyərindədir. Atın əsas çaparı isə olimpiya iştirakşısı Camal Rəhimovdur. Həmin atın ərəb atı olduğu da iddia olunur.
Qeyd edək ki, Camal Rəhimov ölkəmizi iki dəfə Olimpiya Oyunlarında təmsil edib. Ancaq o heç bir nəticə verə bilməyib. London Olimpiadasında isə o ən güclü 45 çapar arasına belə düşə bilməyib.
Məsələ ilə bağlı Azərbaycanan Atıcılıq Federasiyası ilə əlaqə saxlamağa çalışsaq da sualımıza cavab verən tapılmadı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru