Sabiq millət vəkili Nazim Məmmədov “Baku Steel company”- nin əlindən biznesini İrana keçirdib

22-06-2015, 20:07           
Sabiq millət vəkili Nazim Məmmədov “Baku Steel company”- nin əlindən biznesini İrana keçirdib
Sabiq millət vəkili, iş adamı Nazim Məmmədov öz biznesini İranda inkişaf etdirmək niyyətindədir. Bu barədə Sputnik-ə açıqlamasında Nazim Məmmədov özü deyib.

Onun sözlərinə görə, artıq iki ilə yaxındır ki, biznes fəaliyyətini Təbriz yaxınlığında yerləşən Bonab sənaye və ticarət şəhərciyində qurub: “Artıq iki ildir ki, Bonabda “Javid Steel Bonab co” şirkəti təsisi etmişəm və bu müəssisə İran bazarına qısa zamanda daxil olaraq aktiv fəaliyət göstərməkdədir. Qısa zamanda özünə etibar qazanıb və özünəməxsus yer tutmaqdadır.”

Öz biznesinin İrana köçürməsinin səbəbini açıqlayan sabiq millət vəkili deyib ki, bir neçə il bundan öncə “Baku Steel company” rəqiblərinə qarşı reyder hücumları təşkil edib və bunun nəticəsində onun şirkəti Azərbaycandakı istehsalını dayandırmaq zorunda qalıb: “Biz müxtəlif dövlət qurumlarına, məhkəmələrə, hüquq-mühafizə orqanlarına müraciət etdik və bu müraciətlər nəticəsiz qaldı. Ona görə də biznes fəaliyyətini İrana köçürmək qərarına gəldim.”

İrandakı gələcək biznes fəaliyyət planlarından danışan Məmmədov bildirdi ki, bu günlərdə bu ölkədə səfərdə olub və bir sıra niyyət protokolları imzalayıb: “Orada Rusiyanın “Voronejselmaş” SC kimi kənd təsərrüfatı texnikası istehsalı ilə məşğul olan müəssisə ilə birgə əməkdaşlıq sahəsində niyyət proitokolu imzaladıq. İranın Ənzəli limanında 30 min tonluq, Bonab şəhərində isə 10 min tonluq toxum elevatoru anbarının, bundan əlavə sutkada gücü 200 ton olan un dəyirmanının tikintisi ilə bağlı niyyət protokolu imzalandı. Eyni zamanda müxtəlif növ kənd təsərrüfati texnikasının istehsalı ilə bağlı olaraq lazer fotooptik texnologiyanın quraşdırılması nəzərdə tutulur. Yaxın zamanlarda yuxarıda dediyim bu layihələrin reallaşdırılmasına investisiya yatırılacaq.”

Məmmədov bu layihələrin reallaşmasına İran və Rusiya dövlətlərinin xüsusi dəstəyinin olduğunu qeyd etdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.