“United Credit Bank”ın qorunan əmanətçilərinə kompensasiya ödənilməsinə aprelin 19-da başlanılacaq

17-04-2017, 10:09           
“United Credit Bank”ın qorunan əmanətçilərinə kompensasiya ödənilməsinə aprelin 19-da başlanılacaq
zərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğvetmə prosesində olan “United Credit Bank” ASC-in qurunan əmanətçilərinə kompensasiya ödəməyə aprelin 19-da başlayacaq.
Bu barədə “Report” Fonda istinadən xəbər verir.
Məlumatda deyilir ki, bununla bağlı bütün hazırlıq işləri artıq başa çatdırılıb. Bankda sığorta hadisəsinin baş verdiyi gün 2 fevral 2016-cı il tarixi hesab olunduğu üçün həmin dövrdə qüvvədə olan əmanətlərin sığortalanması şərtlərinə uyğun olaraq əmanətçilərə kompensasiyaların ödənişinə başlanılacaq. Əmanətçilər kompensasiya almaq üçün ADIF-in Bakı şəhəri, Xətai rayoynu, Babək prospekti, 16 ünvanında yerləşən ofisinə (ləğvetmə prosesində olan “Texnikabank” ASC-nin keçmiş baş ofisi) müraciət edə bilərlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru