Benzinin bahalaşacağı haqda xəbərlər yayıldı... - Belə deyirlər...

1-07-2015, 11:38           
Benzinin bahalaşacağı haqda xəbərlər yayıldı... - Belə deyirlər...
Azərbaycanda avqust ayının sonlarına yaxın benzinin qiyməti bahalaşa bilər. Bu barədə JAM.AZ-a hökumətdəki mənbələrdən məlumat daxil olub.

Məlumatda deyilir ki, daxili müzakirələrdə yanacağın qiymətinin bahalaşmasının səbəbi kimi büdcə kəsirinin bağlanılmasında yaranmış problem əsas götürülür. Hökumət dairələri hesab edir ki, bu artımla büdcə kəsirinin böyük bir qismini bağlamaq mümkündür. Nəzərdə tutulan artım isə 14 faiz həddində olacaq.

Qeyd edək ki, əgər Taarif Şurası hökumətin təkliflərini qəbul edərsə, bu 1 litr Aİ-92 markalı benzinin 80 qəpik, Aİ-95 markalı benzin üçün 1,08 manat olacağı deməkdir. Dizel yanacağına gəldikdə isə təkliflərdə bunun üçün nəzərdə tutulmuş artım 10 qəpik olduğu deyilir. Super benzinin qiyməti isə sərbəst olaraq qalacaq.

JAM.AZ-a danışan mənbə onu da bildirir ki, Taarif Şurasına təqdim olunacaq qiymət artımı ilə bağlı təklifdə göstərilən faizə düzəliş də edilə bilinər. Belə ki, bu rəqəm ən minimum halda 10 faiz təşkil edəcəyi gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.