Azərbaycan Uşaqlar Birliyi"-nin sədri Kəmalə Ağazadə:"5 yaşlı atılmış uşağa qarşı cinsi zorakılıq olmayıb, SPİD-lə bağlı yazılanlar isə uydurmadır!"

1-06-2017, 00:07           
Azərbaycan Uşaqlar Birliyi"-nin sədri Kəmalə Ağazadə:"5 yaşlı atılmış uşağa qarşı cinsi zorakılıq olmayıb, SPİD-lə bağlı yazılanlar isə uydurmadır!"
teref.az olaraq bu gün mətbuatda gedən "Bakıda BİABIRÇILIQ! Kişilər tərəfindən zorlanan 5 yaşlı uşaqda GÖRÜN NƏ AŞKARLANDI" yazısı ilə bağlı "Azərbaycan Uşaqlar Birliyi"-nin sədri Kəmalə Ağazadə ilə əlaqə saxladıq. Kəmalə xanım bunları dedi:
"Azərbaycan Uşaqlar Birliyinin uşaq sığınacağına 1 aya yaxındır ki, şəkli qaralmış olsada verilən, amma sosial şəbəkələrdə anasının axtarışı ilə bağlı şəkli qaralmış olsada verilən uşağın haqqında həqiqətə uyuğun olmayan məlumatlar yaydığına görə kriminal.az saytının əməkdaşı Anar adında şəxsilə bağlı biz artıq məhkəməyə vermək üçün sənədlər hazırlayırıq.Çünkionun dediklərinin heç biri həqiqətə uyğun deyil. Uşağa qarşı cinsi zorakılıq olmayıb.SPİD-lə bağlı yazdığı məlumat isə ümumiyyətlə həqiqətə uyğun deyil.Çünki SPİD-lə bağlı məlumatı kim mətbuata ötürərsə bu anonimliyin qorunub saxlanılmasının pozulmasıdır və o adam cinayət msuliyyəti daşıyır!"
Kəmalə xanım, uşağın fiziki zorakılığa məruz qaldığını, lakin cinsi zorakılığın olmadığını və bunun həkimlər tərəfindəndə tə\sdiqləndiyini təkrar etdi.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.