Paytaxt avtobuslarında gediş haqqı artırılmayacaq - Bakı Nəqliyyat Agentliyi

15-07-2017, 15:46           
Paytaxt avtobuslarında gediş haqqı artırılmayacaq - Bakı Nəqliyyat Agentliyi
Azərbaycanda "Aİ-92” markalı benzinin qiymətinin artmasına baxmayaraq, paytaxtda şəhərdaxili sərnişin avtobuslarında gediş haqqı artırılmayacaq.

Bu barədə SalamNews-a Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, hazırda avtobuslarda gediş haqqının artırılması ilə bağlı məsələ müzakirə edilmir. Bu səbəblə qiymət artımından heç bir söz gedə bilməz.

Bildirək ki, Tarif (qiymət) Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilmiş iclasında “Aİ-92” markalı benzinin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru