AZAL-dan sərnişinlərə daha bir zərbə - FOTOFAKT

17-07-2017, 11:48           
AZAL-dan sərnişinlərə daha bir zərbə - FOTOFAKT
Azərvaycan Hava Yolları (AZAL) şirkətinin aşağı büdcəli istiqamətlər üzrə uçuşlar yerinə yetirən "Azaljet" xidmətində sərnişinlərin əl baqajları ilə bağlı yeni xidmət istifadəyə verilib.

AZXEBER.COM xəbər verir ki, şrkət bundan öncə 10 kq-lıq əl baqajını pulsuz etsə də, bu çəkidən yuxarı olan baqajları ödəniş əsasında təyyarəyə buraxırdı.

Artıq bir neçə həftədir ki, əl baqajları da təyyarəyə xüsusi yoxlanışla buraxılır. Belə ki, baqajların ölçüsü öncədən hazırlanmış korpusa yerləşdirilir. Bu korpusa uyğun gəlməyən baqajlar 10 kq-dan aşağı olsa belə ödəniş əsasında təyyarəyə buraxılır.

Qeyd edək ki, AZAL-ın bundan öncəki yenilikləri də sərnişinlərin ciddi etirazına səbəb olsa da, şirkət tənqid və təklifləri nəzərə almamışdı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru