Əhməd Əhmədovun çıxarıldığı iddia olunsa da... - Bu barədə rəsmi xəbər yoxdur

17-07-2017, 17:54           
Əhməd Əhmədovun çıxarıldığı iddia olunsa da... - Bu barədə rəsmi xəbər yoxdur
Dünən mətbuatda Naxçıvanın daxili işlər naziri general-leytenant Əhməd Əhmədovun işdən azad edilməsi ilə bağlı məlumat yayılıb.

Bir sıra media orqanı nazirin hətta ev dustaqlığına götürüldüyünü yazır. Nazir səlahiyyətlərinin isə hazırda nazir müavini Səbuhi Novruzov tərəfindən həyata keçirildiyi bildirilir.

Amma qəribədir ki, iki gündür müzakirə mövzusuna çevrilən bu sensasion məlumatla bağlı hansısa rəsmi reaksiya yoxdur; nazirin işdən çıxarıldığı rəsmi dairələrdən nə təsdiqlənir, nə də təkzib edilir.

BakuPost.az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Naxçıvan Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirliyin növbətçi hissəsindən məsələ ilə bağlı danışmaq səlahiyyətlərinin olmadığını deyiblər. Onlar sualları "mətbuat işlərinə baxan Aynur xanım”a ünvanlamağı məsləhət biliblər. Aynur xanım isə (Soyadını bildirməkdən imtina edib - red.) xəbəri nə təkzib edib, nə də təsdiqləyib. O, verilən bütün suallara "Bu barədə məlumat yoxdur”, - deyə cavab verib.

Qeyd edək ki, saytda nazirin iş nömrəsi kimi göstərilərn 545 72 90 nömrəsinə isə ümumiyyətlə, cavab verən olmayıb.

Mövzuya qayıdacağıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru