“30 dəfədən çox Həcc ziyarətinə getmişəm” - Şeyxin qudası

17-07-2017, 18:16           
“30 dəfədən çox Həcc ziyarətinə getmişəm” - Şeyxin qudası
Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası, Milli Məclisin keçmiş deputatı Hacı Qalib Salahzadə növbəti dəfə Həcc ziyarətinə gedəcək.

Bu barədə “Ölkə.Az”-a Qalib Salahzadə özü məlumat verib.

Q.Salahzadə indiyədək reallaşdırdığı Həcc ziyarəti saylarını dəqiq bilmədiyini söyləyib:

“Mən Həcc ziyarətində çox olmuşam. Dəqiq sayını bilmirəm, ancaq 30 dəfədən çox Həccə getmişəm. İki dəfə də Kəbə Evinin içərisində olmuşam. Bu qədər Həcc ziyarətində olmaq hər adama nəsib olmur. Allaha yaxın olduğum üçün bunlar reallaşır”.

Xatırladaq ki, bu ilin sentyabrından etibarən Azərbaycanda Həcc ziyarətinə səfərlər başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru