Həkimlər xəstənin qarnından 40 bıçaq çıxardı
10-08-2017, 09:10

Hindistanın Qurdaspur şəhərində cərrahlar əməliyyat zamanı kişinin mədəsindən 40 bıçaq çıxarıblar.
Bu barədə “The Telegraph” xəbər verib. Məlumata görə, adı açıqlanmayan 42 yaşlı kişi qarnındakı ağrılar və zəiflik şikayəti ilə həkimə müraciət edib. Xəstəxananın rəhbəri Citindera Malxotra deyib ki, xəstəni UZİ-yə yollayıblar. Orda isə müəyyən olunub ki, onun qarnında “bərk, kəsici maddələr” var. Pasiyent etiraf edib ki, son 2 ayda çənğəl-qaşıq-bıçaq yemə arzusu şiddətli və idarəolunmaz şəkildə olub. Buna səbəb isə həmin əşyaların dadını çox bəyənməsi idi.
Bundan sonra xəstəni uğurla əməliyyat ediblər, yaxın günlərdə isə onu xəstəxanadan evə buraxacaqlar. Malxotra etiraf edib ki, bu, onun 20 illik karyerası boyunca ən şokedici hadisə olub. Ötən ilin sentyabrında lapşa yediyi zaman 15 santimetrlik qaşığı udan çinli qız barədə bütün dünya mətbuatı yazmışdı. 27 yaşlı qızı əməliyyat edən həkimlər bu hadisənin necə baş verə bildiyini sona qədər anlamamışdılar.
Musavat.com