Azərbaycan nefti ucuzlaşmaqda davam edir

31-07-2015, 12:33           
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 0,58 dollar ucuzlaşaraq 48,21 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barelinin qiyməti 0,36 dollar azalaraq 53,31 dollar olub.

Virtualaz.org bildirir ki, bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti də 0,55 dollar yaxud 0,99% ucuzlaşıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatına görə, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 54,95 dollara bərabərdir.

Xatırladaq ki, Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 57,71, dünən isə 55,50 dollar/barel olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru