Neft 2%-dən çox bahalaşıb

4-11-2017, 10:49           
Neft 2%-dən çox bahalaşıb
Dünya birjalarında neft bahalaşır.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,10 dollar və ya 2,02% artaraq 55,64 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,45 dollar və ya 2,39% artaraq 62,07 dollar olub.

Bundan öncə xəbər verdiyimiz kimi, Brent markalı neftin qiyməti 2015-ci ildən etibarən ilk dəfə 62 dolları ötüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.