Mərkəzi Bankın valyuta ehtiyatları 370 mln. dollar azalacaq - PROQNOZ

4-11-2017, 11:16           
Mərkəzi Bankın valyuta ehtiyatları 370 mln. dollar azalacaq - PROQNOZ
Beynəlxalq Valyuta Fondu (International Monetary Fund, IMF) 2017-2018-ci illərdə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının artacağını proqnozlaşdırır.

"APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, proqnoza əsasən, 2017-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları 4,8 mlrd. dollar təşkil edəcək. Beləliklə, bu il AMB-nin valyuta ehtiyatları 20% artacaq. 2016-cı ilin sonuna tənzimləyicinin balansında olan ehtiyatlarının həcmi təxminən 4 mlrd. dollar olub.

IMF 2018-ci ildə ehtiyatların 5,7 mlrd. dollaradək artacağını proqnozlaşdırır ki, bu da 2017-ci illə müqayisədə 18,8% artım deməkdir.

Qeyd edək ki, 2017-ci ilin oktyabrın 1-nə AMB-nin valyuta ehtiyatlarının həcmi 5 mlrd. 167,5 mln. dollar təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 30% çoxdur.

Proqnozdan belə məlum olur ki, ilin sonunadək AMB-nin ehtiyatları 367,5 mln. dollar azalacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru