Binəqədi İcra Hakimiyyətinin Ramazan bayramı fırıldağı.
4-08-2015, 11:38
teref.aznun poçtuna gə\lən bu ilginc məktubu sizlərin nəzərinizə çatdırırıq.
İyul ayının 14-ü və 15-i Binəqədi İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsindən rayon ərazisində fəaliyyət göstərən 30 təşkilata zəng vurub, onların hər birindən təcili olaraq 10-8 nəfərlik siyahi təqdim edilməsini bildirirlər. Guya adı siyahidə olan ictimai birlik üzvlərinə iyul ayının 16-da Ramazan bayramı münasibəti ilə icra hakimiyyəti tərəfindən ərzaq yardımı ediləcəkmiş. İctimai birlik sədrləri imzaları və möhürləri ilə təsdiq etdikləri siyahiləri tələsik icra hakimiyyətinin adı çəkilən şöbəsinə təqdim edirlər. İyul ayının 16-da axşama qədər yardımdan səs çıxmadığını görən birlik sədrləri İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəyə zəng vururlar. Şöbə müdiri Niridə Allahyarova müdir təyin ediləndən bu günə kimi 562-27-47 saylı xidməti telefona və ya öz mobil telefonuna cavab verdiyini görən olmayıb. Bu xanıma qədərki şöbə müdirləri xidməti telefona olan zənglərə dərhal cavab verdikləri halda, keçən il Xaləddin İsgəndərovun müavin işlədiyi Vergilər Departamentindən gətirdiyi Allahyarova (Xaləddin müəllim icra hakimiyyəti başçısı təyin olunandan bəri humanitar şöbəyə gətirdiyi 4-cü şöbə müdiridir!) zənglərə cavab verməyi özünə nədənsə, sığışdırmır. Onunla əlaqə yarada bilmədikdə, icra hakimiyyətinin növbətçisindən soruşduqda isə hər zaman “bilmirik, deyəsən, tədbirdədir”, deyirlər. Ancaq axşam saat 7 radələrində şöbənin Rauf adlı məsləhətçisi mobil telefonunu açaraq, icra hakimiyyətinin büdcəsində problem olduğunu bildirərərək (görəsən, bir gün əvvəl təcili siyahiləri toplayanda büdcədə pul olmadığını bilmirdilər?!), birlik üzvlərindən ərzaq verə bilməyəcəkləri üçün üzr istəyir. Onu da əlavə edir ki, sizin siyahilərinizi Qurban bayramında nəzərə alacağıq. Əgər büdcədə problem var idisə, niyə siyahiləri yığdıqdan sonra yadlarına düşür? Axı, heç bir QHT sədri onlara yardımla bağlı müraciət etməmişdi! Özləri bir günün içində “nəyə görəsə” təcili siyahiləri toplamış, sonra da camaatı borclu çıxartmışdılar.Yəqin büdcədə yaranmış problemi ört-basdır etmək üçün QHT sədrlərinin imza-möhürləri ilə təsdiq etdikləri təxminən 300 nəfərlik, aztəminatlı fiziki şəxsləri də əlavə etsək, 500 nəfərdən çox şəxsin adı olan siyahilər onlara lazım imiş. Bu işlərə humanitar məsələr üzrə müavin cavabdehdir və onun imzası ilə həyata keçirilir. Bəlkə, Xaləddin müəllim məziniyyətdə olduğu üçün heç xəbəri də yox imiş?!
QEYD: Məlumatın yalan olmadığını Binəqədi ərazisində fəaliyyət göstərən QHT-lərin sədrlərindən öyrənə bilərsiniz. Həmin ictimai birliklər haqqında məlumat Binəqədi RİH-in saytında var.
P.S Bizdə nə qədər göstərilən nömrəyə zəng etdiksə götürən olmadı!Əfsuslar olsun ki, Nuridə xanımın öz nömrəsinə də zəng etdik, lakin o nömrənidə qaldıram olmadı.
Bütün bunlara baxmayaraq qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!
teref.az