Həbsdə olan iş adamlarımız - Kredit borcları

5-08-2015, 11:10           
Həbsdə olan iş adamlarımız - Kredit borcları
Hazırda DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində Azərbaycan Beynəlxalq Bankına (ABB) kreditlərini ödəyə bilməyən 20-yə yaxın insan ola bilər.

Bu barədə "Turan" agentliyinə təhqiqatın gedişatına yaxın olan məlumatlı mənbə sahibkar İbrahim İbrahimovun (Hacı İbrahim) təkrarən saxlanması haqqında məlumatı şərh edərkən bildirib.

Mənbənin sözlərinə görə, saxlanılan şəxslərin 50 milyon dollardan 340 milyon dollara qədər öhdəliyi var.

Qeyri-rəsmi məlumatlara görə, ABB-də ən böyük kreditləri İbrahim İbrahimov - “Xəzər adaları”nın tikintisi üçün və Nizami Piriyev - metanol zavodunun tikintisi üçün - alıb. Piriyev yüz milyonlarla dollar dəyəri olan zavodu tiksə də İbrahimov hələ də heç nə tikməyib. Qeyri-rəsmi məlumatlara görə, hər iki halda söhbət yüz milyonlarla dollar kreditdən gedir.

Bununla belə, hər iki oliqarx iddia edir ki, onların kreditlərinin müddəti keçməyib, kredit məbləğləri isə xeyli azdır












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru