AYİB Azərbaycanda yol infrastrukturunun yenilənməsinə 500 mln. dollara yaxın vəsait ayıracaq

24-11-2017, 09:17           
AYİB Azərbaycanda yol infrastrukturunun yenilənməsinə 500 mln. dollara yaxın vəsait ayıracaq
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) gələn il Azərbaycanda yol infrastrukturunun yaxşılaşdırılmasına dəstək olacaq.
Bunu AYİB-in Şərqi Avropa və Qafqaz üzrə direktoru Fransis Malij "Report"a açıqlamasında deyib.
"AYİB gələn il Azərbaycanda çox böyük layihələr həyata keçirməyi nəzərdən keçirir. Bank Gəncədən Gürcüstan sərhədindəki "Qırmızı körpü"yədək olan avtomobil yolunun yenilənməsinə maliyyə ayırmağı düşünür. Həmçinin Azərbaycanda ikinci dərəcəli yol şəbəkəsinin yaxşılaşdırılmasına investisiya yatırmağı davam etdirəcəyik. AYİB gələn il də Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində yerli kiçik və orta həcmli şirkətlər və banklarla işini davam etdirəcək. 2018-ci ildə icra ediləcək həmin yol infrastrukturu layihələrinin ümumi büdcəsi 300-500 milyon dollararası dəyişir", - deyə F.Malij bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.