Ağdaşda vəhşət: “Azərişıq”ın nəzarətçisi borclu abonentin işığını kəsdiyinə görə ağacla öldürüldü

25-12-2017, 20:04           

Ağdaş rayonunda dəhşətli qətl törədilib.

Lent.az xəbər verir ki, Aşağı Zeynəddin kəndində yaşayan 60 yaşlı Dursun Muğumov ağacla vuraraq 51 yaşlı Baxşalı Əliyevi öldürüb. Bildirilir ki, D.Muğumov B.Əliyevin qardaşının qayınatasıdır.

İlkin araşdırmalar zamanı məlum olub ki, B.Əliyev “Azərişıq”ın yerli idarəsində nəzarətçi işləyib. O, elektrik enerjisi sərfiyyatına görə yaranmış borc səbəbindən qardaşının qayınatasının xəttini kəsib. Bundan əsəbiləşən 60 yaşlı kişi ağac parçası ilə idarə işçisinə hücum edib və onun başına zərbə endirib.

Ağır xəsarət alan 51 yaşlı B.Əliyev xəstəxanaya aparılıb və orada ölüb.

Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində D.Muğumov saxlanılaraq istintaqa təhvil verilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.