Bakıda faciəvi hadisə:28 yaşlı qız prospektin ortasında öldü

4-02-2018, 14:30           

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, dünən saat 18:30 radələrində Nizami rayonu ərazisində – Qara Qarayev prospektində naməlum avtomobil yolu keçən 28 yaşlı qızı vurub. Ağır xəsarət alan gənc qız hadisə yerində vəfat edib.

Hadisə şahidləri bildiriblər ki, piyadanı “Fiat Doblo” markalı avtomobil vurub. Sürücü qəzadan sonra nəqliyyat vasitəsi ilə birgə uzaqlaşıb.

Hazırda qəzanı törədən sürücü və nəqliyyat vasitəsinin tapılması istiqamətində iş aparılır. Faktla bağlı Nizami rayon Polis İdarəsində cinayət işi açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru