Xanım yazardan Artur Rəsizadəyə etiraz – “Cümlələri üzündən zorla oxuyur”

17-03-2018, 13:20           
Xanım yazardan Artur Rəsizadəyə etiraz – “Cümlələri üzündən zorla oxuyur”
“Baş nazirin parlamentdəki çıxışını dinlədim, nə dediyini bilmədim”.

Cebhe.info xəbər verir ki, baş nazir Artur Rəsizadənin parlamentdəki hesabat çıxışına münasibət bildirərkən yazıçı Aysel Əlizadə belə deyib.

Yazıçı hesab edir ki, baş nazir ana dilini mükəmməl bilməlidir.

“Ölkə baş nazirinin hesabat məruzəsi yayılıb. Dinləyirsən, nə dediyini bilmirsən. Qosqoca nazir dilini sürüyə-sürüyə cümlələri üzündən ana dilimizdə zorla oxuyur. Baş nazir belə hesabat verməli deyil. Danışmasa dünya dağılmaz. Nəyə lazımdır o rəzil hesabat? Kimə lazımdıt? Heç olmasa üzündən dəfələrlə oxuyub mənimsəyə bilərdi. Bu cəmiyyəti buna da layiq bilməyib. Bu qədər insanın qarşısına çıxır, özü də baş nazirdir.

Biz bir yerdə çıxış etməli olanda 50 mənbəyə baxırıq, bütün günü hazırlaşırıq ki, yaxşı deyil, insan önünə çıxıram. Belə desək, bizim bu cəmiyyət qarşısında heç bir hüquqi öhdəliyimiz yoxdur. Ancaq sayğı var, sevgi, məsuliyyət var. Cənab baş nazirimiz isə bizi insan yerinə qoymur. Ana dilimizə qarşı hər dəfə sayğısızlıq sərgiləyən rəsmilər görürük. Bir tənqid yazan kimi dövlət baba düşür üstümüzə ki, bəs bizə düşmənlərimiz baxır. Hər kəs gərək məsuliyyətini bilsin”, - deyə Aysel Əlizadə qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru