Atasından Emin Ağalarov haqqında ŞOK ETİRAFLAR

10-04-2018, 20:49           

“Emini Avropa təlim-tərbiyəsi almaq məqsədi ilə İsveçrəyə göndərsəm də, bir neçə ildən sonra orada o, Rusa çevrildi. Nəticədə məcbur olub onu Amerikaya göndərməli oldum”.
Gununsesi.info xəbər verir ki, bunu azərbaycanlı milyarder Araz Ağalarov “Forbes”ə müsahibəsində oğlu Emin haqqında danışarkən deyib.
Onun sözlərinə görə, 90-cı illərin əvvəlləri Moskvada vəziyyət ağır və təhlükəli idi. “O zaman Eminin 12-13 yaşı vardı. Mən onu İsveçərəyə göndərdim. Orada bir neçə il məktəbdə oxudu. İsveçrədə məktəbdə oxumasına baxmayaraq, rus təbitəli bir insana çevrildi. Başa düşdüm ki, onu burada saxlasam, daha pis olacaq. Siz təsəvvür edin o Moskvada böyüyüb-başa çatsaydı, görün nə olardı. Odur ki, təcili olaraq onu bu mühitdən uzaqlaşdırmaq üçün Amerikaya göndərdim. Onu Nyu-Cersi şəhərində yerləşdirdim” ,- deyə A. Ağalarov vurğualyıb.
Eminin Amerikada da dinc oturmadığını qeyd edən A.Ağalarov deyib ki, orada da öz aldığı mopedlə gəzməyə başlayıb: “Qətiyyətlə sürücünün onu maşında gəzdirməsinə qarşı çıxdı. Mən çox əsəbləşdim. Ona görə ki, bir az mənə oxşayırdı. Eminin maşınlarla “avtoşluq” etmək, təhlükəli sürmək ehtimalı vardı. Mən hər gün zəng edə bilmərəm ki, öyrənim görüm haradadır. Odur ki, onu bu vəziyyətdən çıxarmaq üçün başqa şeylər düşünməyə başaldım. Sonra onun musiqiyə olan marağını öyrənməyə başaldım. Ona zəng edəndə, ondan Sinatraya və yaxud Neta Kinq Koula qulaq asdığını soruşdum. Bundan sonra Emin musiqi ilə maraqlanmağa və həyatında dönüş yaranmağa başladı”,- deyə A.Ağalarov bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru