Ən təhlükəli döş xərçənginin müalicəsi tapıldı

9-08-2018, 01:15           
Ən təhlükəli döş xərçənginin müalicəsi tapıldı
Leybnits adına Qocalmanın Araşdırılması İnstitutunun alimləri çox təhlükəli süd vəzi xərçəngi hüceyrələrində aktiv olan TRPS1 zülallarını eyniləşdiriblər. Bu birləşmə yeni effektiv dərmanlar üçün potensial hədəfdir.

Teref.Az oxu.az-a istinadən bildirir ki, bununla bağlı məlumat "MedicalXpress" tərəfindən yayımlanıb.

Döş xərçəngi qadınlarda bədxassəli şişlərin ən təhlükəli növüdür və il ərzində bu xəstəlikdən 521 min insan dünyasını dəyişir. Bu xəstəliyin üç müxtəlif növü var: ER-müsbət, HER2-müsbət və üçqat mənfi xərçəng. Döş xərçəngi xəstəliklərinin 15 faizini təşkil edən sonuncu növün müalicəsi olduqca çətindir.

Məlumdur ki, "Hippo" siqnal yolu toxumaların regenerasiyasında və xərçəng hüceyrələrinin yaranmasında başlıca rol oynayır. Bu komponentin əsas komponentlərindən biri orqanların ölçüsünə nəzarət edən zülalıdır. Mütəxəssislər hesab edir ki, zülalın aktivləşdirilməsi xəstənin sağalmasına kömək edir. Bunun səbəbi bugünədək müəyyən olunmayıb.

Alimlər hesab edirlər ki, TRPS1 zülalı zülalın aktivləşməsinə səbəb olur və "Hippo" siqnal yoluna düşərək xərçəng hüceyrələrinə təsir göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru