Bakıda əməkhaqqılarını ala bilməyən 4 fəhlə intihara cəhd edib - FOTO - VİDEO

27-08-2018, 20:57           
Bakıda əməkhaqqılarını ala bilməyən 4 fəhlə intihara cəhd edib - FOTO - VİDEO
“Xətai life” tikinti şirkətinin 4 işçisi intihara cəhd edib.
“Report”un hadisə yerində olan əməkdaşının məlumatına görə, fəhlələr şirkətin Süleyman Vəzirov küçəsi - 17 ünvanında inşa etdirdiyi yaşayış binasının üst hissəsinə çıxaraq özlərini yerə atacaqlarını bildiriblər. Onlar bu addımı əməkhaqqılarının verilməməsi ilə izah ediblər.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin işçiləri intihara cəhd edən şəxsləri bu fikirdən daşındıraraq aşağı düşürüblər.
Hadisə yerinə tikinti şirkətinin əməkdaşı da gəlib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru