“Qayınanam hər verilişdən sonra zəng edir” - Dilarə Əliyeva
6-04-2015, 16:59
“Artıq 16 ildir ki, hər tamaşadan, hər verilişdən, hər filmdən sonra qayınanam mənə zəng edir: “Dilarə, çox yaxşı idin, maşallah, çox yaxşı hazırlaşmışdın. Gözəl idin, geyimin də, saçın da yaxşı idi. Geyimin yaxşı idi, amma səni bir az kök göstərirdi. Operatorlara de, səni aşağıdan çəkməsinlər və s.”
Bu sözləri APA TV-nin “Səhər zəngi” verilişində qonaq olan əməkdar artist Dilarə Əliyeva deyib. O bildirib ki, qayınatası və qayınanası da aktyordu: “Ümumiyyətlə, mən elə bilirəm, gözümü açıb, elə bu ailədə doğulmuşam. Evin qızı kimi doğma münasibət var. Tutaq ki, hansısa verilişə gedəcəyimi deməmişəm. O dəqiqə qayınanam zəng edir ki, bəs mənə niyə deməmisən ki, gedəcəksən? Özüm görməsəydim, bilməyəcəkdim”.