Nigar Camal Stas Mixaylovla duet oxumaqdan niyə imtina etdiyini açıqladı

2-08-2019, 08:02           
Nigar Camal Stas Mixaylovla duet oxumaqdan niyə imtina etdiyini açıqladı
Azərbaycanlı müğənni Rusiyanın əməkdar artisti ilə duet oxumaqdan niyə imtina etdiyini açıqlayıb
"Avroviziya-2011"in qalibi Nigar Camal Rusiyanın əməkdar artisti Stas Mixaylovla duet oxumaqdan imtina etdiyi üçün "Jara" beynəlxalq musiqi festivalından qovulduğu barədə şayiələrə şərh verib.

Nigar Camalın "Jara-2019" çərçivəsində çıxışı festivalın 2-ci gününə - 26 iyula planlaşdırılıbmış. Qabaqcadan məlum olduğu kimi, müğənni yalnız öz repertuarından "Ya v tvoyom plenu" (Mən sənin əsarətindəyəm) mahnısını oxuyacaqmış. Lakin sonra onun Stas Mixaylovla duet oxuyacağı bildirilib. Amma onların "Nu vot i vsyo" (Hamısı budur) duet kompozisiyası səslənməyib.

"Duet spontan qərar deyildi, əvvəlcədən hazırlanmış layihə idi. Biz onu fonoqram altında oxumaq qərarına gəlmişdik. Lakin mənim Bakıda yazılmış partiyam Mixaylovun xoşuna gəlmədi və o, mənə "canlı" oxumağı təklif etdi. Belədə mən canlı, o isə fonoqram üzərində oxuyacaqdı. Amma mən bundan imtina etdim, çünki belədə bizim səsimiz arasında böyük fərq yaranacaqdı", - deyə Nigar Camal Sputnik Azərbaycan-a bildirib.

Müğənni əlavə edib ki, bu məsələyə görə "Jara" festivalından uzaqlaşdırılması və səhnəyə çıxmasının əngəlləndiyi barədə deyilənlər absurddur. Çünki o, sadəcə Stas Mixaylovla duet oxumaqdan imtina edib. 26 iyul gecəsi isə səhnəyə çıxaraq "Ya v tvoyom plenu" mahnısını oxuyub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.