Zərifə Çobanzadədə xərçəng aşkarlandı

8-08-2019, 13:04           
Zərifə Çobanzadədə xərçəng aşkarlandı
Lider TV-nin əməkdaşı Zərifə Çobanzadə Tapdıq qızında xərçəng xəstəliyi üzə çıxıb.
"Yeni Sabah" baku.ws-ə istinadən xəbər verir ki, qarın boşluğunda onkoloji şiş aşkarlanan Zərifə xanım artıq bir neçə gündür Milli Onkologiya Mərkəzində (MOM) müalicəyə başlayıb.

Z.Çobanzadə xəstəlikdən qorxmadığını deyir: "Mən güclü qadınam, xəstəlikdən qorxmuram. Tezliklə bu bəlaya qalib gələcəyəm. Onkologiyada döyüşlərim başladı. Bu çətin döyüşdə mənə dəstək olan dəyərlimiz Fəxriyyə Xələfovaya, sevimli millət vəkilimiz Qənirə Paşayevaya və MOM-un baş həkimi Azad Kərimliyə dərin minnətdarlığımı bildirirəm".

Z.Çobanzadə planlaşdırılmış cərrahiyyə əməliyyatının təxirə salındığını deyir: "Əməliyyat olunmalıyam, qanımda şəkərim normaya düşmədiyindən təxirə salındı. Gözləyirik..."

Qeyd edək ki, Zərifə Çobanzadə "Xeyirli axşamlar" və "Kalorit" proqramlarının layihə rəhbəri və aparıcısı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru