"Telekanallarda gizli haqq-hesab məsələsi var" - İTTİHAM

26-11-2015, 16:24           
"Telekanallarda gizli haqq-hesab məsələsi var" - İTTİHAM
"Telekanalların hamısında gizli haqq-hesab məsələsi var".

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Elza Qaybalıyeva bildirib.

Elza Qaybalıyeva deyib ki, məhz buna görə, telekanallarda az-az görsənir: "Bir dəfə çağırırlar, görürlər ki, Elzanın cibindən pul çıxmadı. Pulu yox, parası yox. Ona görə də ildə bir dəfə çağırırlar. Nolsun ki, sənəti var. Sənətkara kimdi qiymət verən? Niyə məni çağırmırsınız? Sənəti olmayan bütün günü efirdədir. Zaur, sağ olsun, o günü "Xəzər"ə çağırmışdı. O qədər adam mənə yaxınlaşıb dedi ki, Elza xanım niyə görsənmirsiz? Camaatın sizə ehtiyacı var. Deyirəm ay qardaş, mən necə çıxım efirə? Televiziyanın rəhbərliyi həll eləməlidir bu işləri. Mən ona gedib deyə bilmərəm ki, mən efirə çağır. Onda adam hörmətdən də düşür".

Elza Qayıbova bildirib ki, aparıcı ATV-nin aparcısı Nanə verdiyi sözə əməl etməyib: "Bir dəfə məni efirə çağırdı. Və söz verdi ki, həmişə çağıracaq. Ancaq vədinə əməl etmədi. Ondan sonra çağırmadı efirə".
"Telekanallarda gizli haqq-hesab məsələsi var" - İTTİHAMшаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.