Azərbaycanlı model ABŞ-ın ən “ulduzlu” evinə köçməyə hazırlaşır

21-06-2020, 00:08           
Azərbaycanlı model ABŞ-ın ən “ulduzlu” evinə köçməyə hazırlaşır
Ruslana Cavadova agentlərindən cavab gözləyir. Onlar Ruslananın Amerikanın ən kreativ multimedia komandasının bir hissəsi olub-olmayacağına dair qərarı açıqlayacaqlar
Ruslana Gee kimi məşhur olan azərbaycanlı model Ruslana Cavadova Amerikanın ən populyar evi olan TikTok House-a köçməyə hazırlaşır.

Sputnik Azərbaycan bildirir ki, orada TikTok tətbiqinin ulduzları yaşayırlar.

Model Amerikanın gənc TikTok istifadəçilərinin komandasına daxil olmaq üçün ərizə göndərib. Ona artıq cavab veriblər və modelin agentləri hazırda ev sahibləri ilə danışıqlar aparırlar. Bu barədə Ruslana özünün YouTube kanalında məlumat verib.

“TikTokçular üçün xüsusi ev tikilib, hamısı orada yaşayır. Düzü, hələ fikirləşirəm, çünki ora köçməyi elə də istəmirəm, öz mənzilim var. Görək agentlərim nə cavab gətirəcəklər”, - Cavadova deyib.

TikTok – qısa videoların yaradılması və baxılması üçün servisdir. Bir çox ölkələrdə, eləcə də Amerikada onun nümayəndəlikləri var. Bu servisin ən aktiv istifadəçiləri TikTok House adlanan böyük binada yaşayırlar. Burada fəal gənclər yeni ideyalar reallaşdırır, çarxlar çəkirlər. Villa Hollivud təpəsinin zirvəsində yerləşir. Komandaya Amerikanın 19 ən kreativ tiktokçusu daxildir.

Ruslana Bakıda doğulub. Hələ məktəbdə oxuyan vaxtından moda və gözəllik sahəsinə maraq göstərib. 2016-cı ildə "L'Officiel Awards" jurnalının Fransa, Ukrayna və Azərbaycanda keçirdiyi eyniadlı illik mükafatlandırma mərasimində iki nominasiya - "Ən yaxşı model" və "Ən yaxşı fashion-bloger" - üzrə qalib olub.

Cavadova eyni zamanda zinət əşyalarının dizayneridir. Əvvəlcə İstanbulda oxuyub, sonra təhsilini Los Ancelesdə davam etdirməyə qərar verib. Amerikada da blogerlik edir.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.