Millət vəkili Etibar Əliyev ATV-də yayımlanan "Zaurla-Günaydın" verilişini tənqid edib. Yeniavaz.com xəbər verir ki, deputat verilişə qatılan qonaqların heç birinin maskadan istifadə etməməsinə belə etiraz edib: "Pandemiyaya qarşı mübarizədə televiziyaların rolunun nədən ibarət olduğunu bilirik.
ATV-də Zaurun verilişində 7 nəfər iştitrak edir. 7 nəfərə 2 maska... İştirakçıların arasındakı sosial məsafə 20 santinmetr olar".