Rus model ulduz futbolçudan gileyləndi: “Kim cavab verirsə, onunla münasibət qurur” - FOTO

22-06-2020, 08:51           
Rus model ulduz futbolçudan gileyləndi:
Məşhur rusiyalı fitnes-model Viktoriya Odinktova Instaqramda çılpaq fotosunu paylaşıb.

Buta.ws Allsport.az-a istrnadən xəbər verir ki, 26 yaşlı model “Mavrin” jurnalı üçün yeni lüt şəkillər çəkdirəcəyini bildirib. Viktoriya 2019-cu ildə keçirilmiş Formula1 üzrə Azərbaycan qran-prisinin təqdimatçı gözəllərindən olub. O, britaniyalı pilot Lüis Həmiltonla dostluq etdiyini demişdi.

Rusiyalı gözəl ötən müsahibələrində “Yuventus”un portuqaliyalı ulduzu Kriştianu Ronalduya Instaqramda cavab yazmadığını demişdi: “Ronaldu mənə “Salam, necəsən?” yazmışdı. Mən onun mesajını sildim və cavab vermədim. Mənə elə gəlir ki, o, bütün qadınlara belə mesaj göndərir. Kim cavab verirsə, onunla münasibət qurur. Bu, mənim üçün maraqlı deyil. Ronaldo yüzlərlə qıza tilov atıb və yəqin ki, kimlərisə qarmağa keçirib”.

Məşhur modelin “Instagram”da 5,1 milyon izləyicisi var.

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.