"Heç kim narahat olmasın, ölkəmizdə səfərbərlik elan edildiyi gün..."

18-07-2020, 09:52           
"Heç kim narahat olmasın, ölkəmizdə səfərbərlik elan edildiyi gün..."
Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə paylaşımı marağa səbəb olub.

Pravda.az xəbər verir ki, Brilliant Dadaşova İnstaqramda oğlu Cahad Hacıyev ilə videosunu paylaşaraq bu sözləri yazıb: "Allahım, aman-zaman uşağımı şeytandan, şər-böhtandan qoru! Oğlum, məni bağışla, səni qoruya bilmədim. Kaş sənə əvvəldən "milli xüsusiyyətimiz"ə çevrilmiş sözbazların, ifaçıların, paxıl ünsürlərin çoxluq təşkil etdiyini balacalıqdan izah edərdim. Hamımızın balasını Allah qorusun! Bəndə kimdir ki".

Xalq artisti oğlu ilə arxiv videosunu ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüş zaman paylaşdığı üçün onu tənqid edən şəbəkə izləyicilərinə də cavab verib: "Heç kim narahat olmasın, ölkəmizdə səfərbərlik elan edildiyi gün oğlum qarışıq, tək və cüt övlad demədən bütün Azərbaycan övladları cəbhəyə gedəcəklər. Xalqımız 30 ildir şəhid verir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.