Bakıda doğulan məşhur erməni müğənni öldü

21-07-2020, 14:13           
Bakıda doğulan məşhur erməni müğənni öldü
Erməni müğənni "Boka" ləqəbli Boris Davidyan ölüb.

Kult.az xəbər verir ki, bu barədə jurnalist Vaqe Kazaryan məlumat yayıb.

Qeyd edək ki, Boka 28 aprel 1949-cu ildə Bakıda anadan olub. 70-ci illərdən başlayaraq, müğənnilik etməyə başlayıb və Bakıda çox məşhurlaşıb. Hazırda da onun adı ilə bağlı, amma Bakı mühitinə aid mahnılar var.

Boka ermənilərin Azərbaycana qarşı ərazi davası və hücumu başlayanda Bakıdan Moskvaya köçüb. Bir müddət İrəvanda da yaşayıb. Lakin ermənilərin düşüncə tərzi, o cümlədən intellektindən narazılıq edən müğənni yenidən Moskvaya qayıdıb. Daha sonra isə xaricə köçüb.

Boka hər zaman Bakını və azərbaycanlıları sevdiyini bildirib. Buna görə də ermənilərlə problemlər yaşayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru