Rejissor Ruslan Nuriyev bu dünyadan köçdü

23-07-2020, 00:07           
Rejissor Ruslan Nuriyev bu dünyadan köçdü
İTV-nin quruluşçu rejissoru Ruslan Nuriyev 53 yaşında, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Bu barədə İTV-nin əməkdaşları sosial şəbəkədə məlumat paylaşıblar. Məlumat üçün deyək ki, uzun müddət Az.TV-də rejissor kimi çalışan Ruslan İTV yarandığı ilk vaxtlardan bu qurumda işləyib. Həmkarlarını yadında səmimiyyəti, işgüzarlığı ilə həkk olunan bu istedadlı insan maddi sıxıntılarına rəğmən amansız xəstəliklə təkbaşına mübarizə aparırdı. Görünür, həyatda hər şeyin sonu olduğu kimi, mübarizənin də bitdiyi bir nöqtə var və insan o mübarizədən bezir və əbədi rahatlığa can atır... Ruslanın onu gözləyən labüd ölümü ağuşuna gedərkən belə, üzündəki təbəssümün silinmədiyinə əminik. Və əzablarla dolu bu dünyadan köç edən həmkarımıza, dostumuza Allah rəhmət eləsin, yerin cənnət olsun- deyirik. Polemik.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru