“Tik-Tok”a qadağa qoyulacaq...-ƏXLAQSIZLIQ TƏBLİĞİNƏ GÖRƏ...

27-07-2020, 09:06           
“Tik-Tok”a qadağa qoyulacaq...-ƏXLAQSIZLIQ TƏBLİĞİNƏ GÖRƏ...
Azərbaycanda öncə telekanallardakı Toliklər bloklanmalıdır....

"Tik-Tok platforması bloklansın!”"- qardaş müsəlman ölkəsi Pakistanda bu tələblə məhkəmələrə müracət olunmağabaşlanıb.

Moderator.az xəbər verir ki, “TASS”-ın yaydığı məlumataəsasən “Tik-Tok” tətbiqetməsiPakistanda ədəbsiz və vulqar məzmunlu olması səbəbindən işini tamamilədayandıra bilər.

"Elektron Cinayətlərin Qarşısının Alınması Qanunu çərçivəsindəsəlahiyyətlərini icra edən PakistanTexnologiyalar İdarəsi “Tik-Tok” sosial media tətbiqi ilə yayılan ədəbsizlik, vulqarlıqvə əxlaqsızlığa nəzarət edən hərtərəfli bir mexanizm hazırlanmasını tələb edən son bir xəbərdarlıqedib" -deyə agentliyin məlumatındabildirilir.

"Sosial şəbəkənin tətbiqinin məzmunu və ümumilikdə cəmiyyətəvə xüsusilə, gənclərə mənfi təsiri ilə bağlı əhalinin müxtəlif təbəqələrininnümayəndələrindən çox sayda şikayətlər daxil olub"- Pakistan Texnologiyalar İdarəsinin bəyanatında belə deyilir.

İyulun 14-də Lahor Yüksək Məhkəməsinə Pakistan xalqınınrifahı naminə ölkədə “Tik-Tok”a tamamilə qadağaqoyulması tələbi ilə petisiya təqdim edilib. Məhkəmə işə baxmağa başlayıb, lakin hələ qərarını verməyib.

Xatırladaqki, Pakistanda hələ 2019-cu ilinsenytabrından “Tik-Tok”-un tərbiyəsizlik və əxlaqsızlıqyaydığını əsas gətirən minlərlə vətəndaş etiraz aksiyaları keçirərək dövlətdən həmin platformanın bloklanmasını tələbedirlər.

P.S. Görəsən, Azərbaycanda da populyarlaşan “Tik-Tok”un bloklanmasına ölkə ictimaiyyəti nə deyir?..

P.P.S.Zənnimizcə, bizdə öncə telekanallardakı Toliklər bloklanmalıdır....

SultanLaçın












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru