Sevda Ələkbərzadə boşanır - FOTOLAR

18-01-2016, 12:52           
Sevda Ələkbərzadə boşanır - FOTOLAR
Əməkdar artist Sevda Əlkəkbərzadə ilə həyat yoldaşı arasında soyuq küləklər əsir.

“Qafqazinfo”ya daxil olan məlumatına görə, müğənni boşanmaq barədə vəkilinə müraciət edib.

ABŞ-da bizneslə məşğul olan Kamiyar Sevda Ələkbərzadə ilə vaxtaşırı görüşə bilmədiyi üçün, cütlük arasında söz-söhbətlər yaranmağa başlayıb.

Hətta iş adamı müğənninin anasının yas mərasiminə gəlməyib.

Kamiyar sosial şəbəkədə toy və Sevda Ələkbərzadə ilə birlikdə olduğu bütün fotoları silib.

Müğənni ailə həyatındakı dəyişikliyi böyük səylə mətbuatdan gizli saxlayır.

Qeyd edək ki, Sevda və Kamiyar cütlüyü ötən ilin may ayında ailə həyatı qurmuşdu.

Cənubi Azərbaycandan olan iş adamı Sevda Ələkbərzadə ilə Türkiyədə tanış olmuşdu.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru