“Müğənnilərimiz Türkiyə TV-lərinə pul ödəyirlər”

19-01-2016, 11:23           
“Müğənnilərimiz Türkiyə TV-lərinə pul ödəyirlər”
Türkiyədən gələn adi müğənniləri belə tanıyırıq.

Axar.az xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov sənətçilərimizin Türkiyədə qarşılaşdıqları münasibət haqda “ATV maqazin onlarla” verilişində danışarkən deyib. Müğənni həmkarlarının Türkiyədə tanınmadığını bildirib:

“Bizim müğənnilərimiz Türkiyəyə gedərkən başıaşağı gedirlər. Çünki Türkiyədə onları tanımırlar. Amma biz Türkiyədən gələn adi müğənniləri belə tanıyırıq. Kanallarımızda onların kliplərini təbliğ edirik, tanıdırıq, “başımız üstündə yeriniz var”, - deyirik. Amma bizim müğənnilərə o münasibəti göstərmirlər”.

Müğənni Türkiyədə müğənnilərimizin efirə çıxmaq üçün böyük məbləğ ödədiklərini deyib:

“Orada adi müğənnidən klip çəkdirmək və kanalda klipini yayımlamaq üçün 40-50 min pul alırlar. İfaçılarımız orada verilişlərə çıxmaq üçün külli miqdarda pul ödəyirlər. Pul xətrinə müvəqqəti hörmət qazanacaqlar, amma tanınmayacaqlar. Mən sənətimizi, yaradıcılığımızı hər kəsdən üstün bilirəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.