Əməkdar artistin oğlu həbs olundu — atası oğulluqdan çıxartdı + FOTO

19-01-2016, 22:15           

Azərbaycanın əməkdar artisti Rəhman Rəhmanovun oğlu müğənni Emil Rəhmanov polis tərəfindən saxlanılıb. Əməkdar artist anspress-ə danışaraq oğlunun saxlanılmasını təsdiqləyib.

Rəhman Rəhmaov oğlu ilə yaşamadığını deyib. “O adam məni maraqlandırmır. 1 aydır mən o adamla nə danışıram, nə də görüşürəm. Kim nə edir, özünə edir. Mənə heç nə etmir. Mənim o adda oğlum yoxdur!”.

Əlavə edək ki, aktyorun oğlu 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək həbs olunub. Emil Rəhmanov 6 il azadlıqdan məhrum edilmişdi.

E.Rəhmanov 2014-cü ildə ailə həyatı qurub. Müğənni restoranların birində dost-tanışını başına yığaraq, özünə toy edib. Emilin toy məclisini müğənni Zamiq idarə edib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.