Səxavətin qəbrini ziyarət etdim, dəhşətə gəldim - Müğənninin qardaşı

25-11-2020, 19:41           
Səxavətin qəbrini ziyarət etdim, dəhşətə gəldim - Müğənninin qardaşı
"Səxavətin qəbrini ziyarət etdim”.
Teref.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Firuz Səxavət işğaldan azad olunan Ağdam rayonu və mərhum xanandə Səxavət Məmmədovun qəbrini ziyarət etməsindən danışarkən deyib. Xanəndə Abdal-Gülablıda qəbiristanlığın dağılmadığını qeyd edib:

"30 ildir baxımsız olduğundan qəbirlər çöküb. Səxavətin ruhu da sevindi. Yaxın gələcəkdə onun qəbrinin üstünü götürəcəyik”.

Firuz Səxavət deyir ki, Abdal-Gülablıda bir ev belə qalmayıb:

"Kəndimizə getdim... Orda gördüyüm mənzərədən dəhşətə gəldim, xeyli müddət özümə gələ bilmədim. 30 il erməninin yaşadığı kənd necə olar? Kəndimizdən əsar-əlamət yoxdur. Bir dənə ev qalmayıb, hamısı dağılıb. Hamı donub qalmışdı, heç kəs heç kəslə danışmırdı, dəli kimi ora-bura baxırdım. İnsanın öz evini belə görməsi çox çətindir”.

Qeyd edək ki, hərbçilərimiz Ağdam rayonununda azərbaycanlı xanəndə Səxavət Məmmmədovun qəbrini tapıblar. Bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Səxavət Məmmədov 1953-cü ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan dərs alıb. 1976-cı ildə "Hümayun” xalq ansmblının solisti olub. Yaratdığı "Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.

Xanəndə 1991-ci il sentyabrın 30-da Şirvan rayonundan qayıdarkən avtomobil qəzasına uğrayaraq dünyasını dəyişib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru