ANS-MTRŞ davasında daha bir məhkəmə qərarı

3-02-2016, 13:14           
ANS-MTRŞ davasında daha bir məhkəmə qərarı
Bakı Apellyasiya Məhkəməsində ANS müstəqil Yayım Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayət üzrə qərar qəbul edib. Qərara əsasən, iş yenidən birinci instansiya məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, MTRŞ ANS-in inzibati qaydada məsuliyyətə cəlb olunması, yəni cərimə olunması barədə qərar qəbul edib. ANS həmin qərardan Səbail rayon Məhkəməsinə şikayət edib. Lakin məhkəmə şikayəti təmin etmədiyindən, şirkət apellyasiya şikayəti verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru