Srebrenitsa soyqırımından bəhs edən film "Oscar"a namizəddir - VİDEO

27-02-2021, 07:39           
Srebrenitsa soyqırımından bəhs edən film "Oscar"a namizəddir - VİDEO
"Hara gedirsən, Aida?" filmi nüfuzlu "Venesiya" və "Toronto" film Festivalı da daxil olmaqla, bir çox film festivallarında mükafat qazanıb

Bosniyalı rejissor Jasmila Jbanicin Türkiyənin TRT yayımçısı və TRT ilə əməkdaşlığı ilə lentə alınan, Srebrenitsa soyqırımından bəhs edən "Hara gedirsən, Aida?" ("Quo Vadis, Aida?") adlı filmi "Ən yaxşı xarici film" nominasiyasında "Oscar" mükafatına namizəd olub.

Sputnik Azərbaycan "TRT Russian"-a istinadən xəbər verir ki, filmdəki hadisələr Srebrenitsa şəhərindəki BMT bazasında, qadınlar və uşaqlar da daxil olmaqla minlərlə Bosniyalının Serbiya ordusu tərəfindən öldürüldüyü yerlərdə lentə alınıb. Sarayevoda anadan olan Jbanic, Bosniya müharibəsinin izlərini, o günlərin şahidlərinin dilindən təsvir edib. "Hara gedirsən, Aida?" filmi nüfuzlu "Venesiya" və "Toronto" film Festivalı da daxil olmaqla, bir çox film festivallarında mükafat qazanıb.


Qeyd edək ki, Srebrenitsa soyqırımı 1995-ci ilin iyulunda, keçmiş Yuqoslaviyada baş verib. Bu soyqırımı zamanı Serb ordusu ən azı 8300 bosniyalı müsəlmanı Srebrenitsa şəhərində qətlə yetirib.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.