Rusiya Dumasından “Avrovision” mahnısına - Etiraz

22-02-2016, 22:07           
Rusiya Dumasından “Avrovision” mahnısına - Etiraz
Ukraynanın “Avrovision” yarışmasında rusların krım tatarlarını 1944-cü ildə deportasiya etməsinə həsr olunan mahnı ilə çıxış etməsi Rusiyada narazılıqlara səbəb olub.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin birinci sədr müavini Vadim Denqin “Avrovision”nun ukraynalı müğənnini məlum mahnıyla müsabiqəyə buraxmayacağına ümid etdiyini bildirib. Əks halda, həmin mahnı yarışmanı siyasiləşdirəcək:

“Qəribə seçimdir. Əminəm ki, orada xüsusi olaraq belə seçim etdilər ki, növbəti dəfə Rusiyanı yaralasınlar.

Heç bir maaş, təqaüd almayan Ukrayna əhalisinin əksəriyyəti “Avrovision”a baxmayacaq. Çünki onların heç elektrikə ödəməyə pulları yoxdur.

Ümid edirəm ki, “Avrovision” rəhbərliyi öz yarışması ərazisində buna imkan verməyəcək”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru